- Xəbər news
- 22:34 14.11.2024
Məşhur türkiyəli aşpaz Burak Özdəmir (CZN Burak) noyabrda İngiltərənin paytaxtı London şəhərində restoran açmağı planlaşdırır.
Corner.az xəbər verir ki, o, Londonda açacağı restoranın şərikinin “Mançester Yunayted” klubunun portuqaliyalı futbolçusu Kriştiano Ronaldo olduğunu bildirib.
Burak Türkiyənin Bursa şəhərində keçirilən tədbirdə bu barədə danışıb. O, keçən il İspaniyanın paytaxtı Madriddə 37 yaşlı futbolçudan ortaqlıq təklifi aldığını bildirib.