5 dekabr 2025. Cümə

"Səbail"in legioneri Afrika tarixinin ən yaxşı futbolçuları siyahısında


"Səbail"in legioneri Afrika tarixinin ən yaxşı futbolçuları siyahısında

"France Football" nəşri Afrika tarixinin ən yaxşı futbolçusu adına namizədləri açıqlayıb.

Corner.az-ın məlumatına görə, 30 nəfərlik siyahıya hazırda "Səbail" komandasında çıxış edən M.Essien də düşüb. 37 yaşlı futbolçu ilə yanaşı, Qanadan Abedi Pele də namizədlər sırasındadır.

"30-luğ"a düşən futbolçular: Məhəmməd Abutrika (Misir), Emmanuel Adebayor (Toqo), Mahmud Əl-Xətib (Misir), Laxdar Bellumi (Əlcəzair), Kaluşa Bvaya (Zambiya), Mustafa Dahleb (Əlcəzair) Tarak Diab (Tunis), Əl-Hac Diuf (Seneqal), Maykl Essien (Qana), Essam Əl-Hadari (Misir), Samuel Eto O (Kamerun), Brüs Grobbelar (Zimbabve), Nvankvo Kanu (Nigeriya), Stiven Keşi (Nigeriya), Rabah Macer (Əlcəzair), Rəşid Mexlufi (Əlcəzair), Roje Milla (Kamerun), Ndaye Mulamba (Konqo DR), Nurəddin Naybet (Mərakeş), Tomas Nkono (Kamerun), Abedi Pele (Qana), Loran Poku (Kot d İvuar), Cey Cey Okoça (Nigeriya), Məhəmməd Salah (Misir), Yaya Ture (Kot d İvuar), Corc Vea (Liberiya), Rəşidi Yekini (Nigeriya).

Qeyd edək ki, M.Essien "Səbail" klubu ilə 1,5 illik müqavilə bağlayıb. 







Xəbər news