5 dekabr 2025. Cümə

"Messi olmasa, ... " - Mourinho


"Messi olmasa, ... " - Mourinho
“Real Madrid”in sabiq baş məşqçisi Jose Mourinho Çempionlar Liqasının yarımfinalında üz-üzə gələcək “Barcelona” və “Liverpool”un şanslarını dəyərləndirib.

Corner.az xəbər verir ki, portuqaliyalı mütəxəssis “Marca”ya açıqllamasında “Barcelona”nın mərhələ keçməsinin kapitan Lionel Messidən asılı olduğunu bildirib:“Əgər Messi olmasa,  “Liverpool” favoritdir.  Ancaq Messi meydanda olsa...  Messi Messidir.  Onu meydanda qəfəsə salmaq mümkün deyil. Messi topu alıb, fərdi oynasa, bitdiniz. Buna görə də heç vaxt Messiyə qarşı fərdi oynamaq taksikasını sevməmişəm”.

Qeyd edək ki, “Barcelona” “Liverpool”la mayın 1-də qarşılaşacaq. 





Xəbər news