25 oktyabr 2024. Cümə

Mahir Emreli lazımi səviyyəyə çatacaq


Mahir Emreli lazımi səviyyəyə çatacaq

"Emreli lazımi səviyyəyə çatacaq, amma bunun nə zaman baş verəcəyini söyləmək çətindir".

Corner.az-ın məlumatına görə, bunu Xorvatiyanın "Dinamo" (Zaqreb) komandasının baş məşqçisi Jelko Kopiç Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin durumu barədə yerli mətbuata müsahibəsində deyib.

44 yaşlı xorvat mütəxəssis 24 yaşlı hücumçunun uzun müddət komanda ilə məşqlərdən kənar qaldığı üçün hələlik ideal formasında olmadığını bildirib: "Burada bir neçə amil var: onun kluba, komanda yoldaşlarına, liqaya uyğunlaşması və sairə. "Dinamo"ya gəlib dərhal öz keyfiyyətini göstərmək asan deyil. Xüsusən də ən yaxşı formada deyilsənsə və komanda ilə hazırlaşmamısansa. Emrelinin keyfiyyətli futbolçu olduğuna əminəm. İnanıram ki, bunu meydanda göstərəcək və hər şey öz yerinə düşəcək".

Qeyd edək ki, qış fasiləsində Polşa "Legiya"sından ayrılan Mahir Emreli "Dinamo" ilə 4,5 illik sözləşmə imzalayıb.







Xəbər news