25 oktyabr 2024. Cümə

Əsgərovun komandası Riqa'ya uduzdu


Əsgərovun komandası Riqa'ya uduzdu
Futbol üzrə Latviya çempionatında 3-cü turun oyunları keçirilib. Corner.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Vüqar Əsgərovun formasını geyindiyi “Super Nova” da növbəti maçtına çıxıb.
 
Sözügedən kollektiv səfərdə “Riqa”nın qonağı olun. Futbolçumuzun komandası bu oyunda məğlubiyyətlə üzləşib– 0:2.
 
Vüqar da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 85-ci dəqiqədə əvəzlənib.
 
“Super Nova” 3 turdan sonra 1 xalla 10 iştirakçı arasında 9-cu pillədə qərarlaşıb.






Xəbər news