25 oktyabr 2024. Cümə

Nəbiyev oynamadı, komandası səfərdə uduzdu


Nəbiyev oynamadı, komandası səfərdə uduzdu
Futbol üzrə Çexiya 2-ci divizionunda 21-ci turun oyunları keçirilib. Corner.az xəbər verir ki, azərbaycanlı futbolçu Fərid Nəbiyevin formasını geyindiyi “Viktoriya” (Jijkov) da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə “Viskov”un qonağı olub. Jijkov təmsilçisi bu oyunda məğlubiyyətlə üzləşib- 1:2.
 
Fərid bu görüşün iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə daxil edilməyib.
 
“Viktoriya” 21 turdan sonra 11 xalla 16 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.






Xəbər news