2 fevral 2026. Bazar ertəsi

Əlizadə oynamadı, komandası evdə xal itirdi


Əlizadə oynamadı, komandası evdə xal itirdi
Futbol üzrə Latviya çempionatında 3-cü turun oyunları keçirilib. Corner.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Asim Əlizadənin formasını geyindiyi “Dauqavpils” də növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda “Valmiera”nı qəbul edib. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 0:0.
 
Asim bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.
 
Üç turdan sonra 4 xalı olan “Dauqavpils” 10 iştirakçı arasında 6-cı pillədə qərarlaşıb






Xəbər news

 "Futbol məni ayaqda saxladı!" - VİDEO
  • Xəbər news
  • 13:02 26.12.2025
"Futbol məni ayaqda saxladı!" - VİDEO