27 may 2026. Çərşənbə

Əliyar Ağayev Olimpiakos'un oyununu idarə etdi


Əliyar Ağayev Olimpiakos'un oyununu idarə etdi
Azərbaycanlı FİFA referisi Əliyar Ağayev Yunanıstan Super Liqasında oyun idarə edib. Corner.az xəbər verir ki, Ağayev Super Liqanın çempionluq qrupunun 3-cü turunda ötən gün keçirilən “Olimpiakos” – AEK matçının baş hakimi olub.
 
Azərbaycanlı referi 1:1 hesabı ilə başa çatan görüşdə hər komandadan bir futbolçuya sarı vərəqə göstərib.
 
Əliyar Ağayev 2019-cu ildən Yunanıstan Super Liqasının bəzi oyunlarına təyinat alır.






Xəbər news

“Bakı Marafonu 2026” yekunlaşdı
  • Xəbər news
  • 16:36 03.05.2026
“Bakı Marafonu 2026” yekunlaşdı