Portuqaliya çempionatında 28-ci turun oyunları keçirilib. Corner.az xəbər verir ki, azərbaycanlı hücumçu Renat Dadaşovun formasını geyindiyi “Tondela” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Maritimo”nun qonağı olub. Futbolçumuzun komandası bu oyunda inamlı qələbə qazanıb - 3:1.
Renat bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.
Hazırda 25 xalı olan “Tondela” 18 komanda arasında 16-cı pillədə qərarlaşıb.