Futbol üzrə Qazaxıstan çempionatında 4-cü turun oyunları keçirilib. Corner.az xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı Emil Balayevin komandası - “Turan” da növbəti maçtına çıxıb.
Sözügedən kollektiv səfərdə “Tobol”un qonağı olub. Bu görüşdə meydan sahibləri darmadağınla qalib gəlib – 3:0.
Emil bu görüşün iştirakçısı olmayıb. Balayevin adı iştirak ərizəsinə də daxil edilməyib.
“Turan” 4 turdan sonra cəmi 1 xalla 14 iştirakçı arasında 13-cü pillədə qərarlaşıb.