“Mançester Siti” klubunun ukraynalı futbolçusu Aleksandr Zinçenko Rusiya-Ukrayna müharibəsi ilə bağlı paylaşım edib. Corner.az xəbər verir ki, 25 yaşlı futbolçu sosial media hesabında “Putini dayandırın! Ukraynalı uşaqları xilas edin!” yazıb:
“Mən yalnız ukraynalı futbolçu deyil, həm də Ukrayna vətəndaşıyam. Mənim ölkəm hazırda Rusiyanın işğalına müqavimət göstərir və onlar bunun qarşısını almaq üçün hər şeyi edirlər. Rusiya bombalarla çoxlu evi dağıdıb və ölkəmizə zərər verməkdə davam edir. İnsanları öldürürlər və təbii ki, onların arasında uşaqlar da var. Uşaqlar müharibədə valideynlərini itirdi, yetim qaldı. Müharibə başa çatmalıdır. Uşaqların həyatını itirməsinə imkan verməyin”.