- Xəbər news
- 22:34 14.11.2024
ABŞ-ın “İnter Mayami” klubunun futbolçusu Qonzalo İquain 2022-ci ilin sonunda karyerasını başa vuracaq.
Corner.az xəbər verir ki, bu barədə 34 yaşlı hücumçunun atası Xorxe İquain “TNT Sport”a açıqlamasında məlumat verib. O, oğlunun ilin sonunda futbolçu karyerasını bitirəcəyini bildirib.
Qeyd edək ki, İquain karyerası ərzində “Real”, “Milan”, “Çelsi”, “Napoli”, “Yuventus” kimi klublarda çıxış edib. O, 2009-2018-ci illərdə Argentina millisinin uğurları üçün çalışıb. Təcrübəli futbolçu 2020-ci ildən “İnter Mayami”nin şərəfini qoruyur.