- Xəbər news
- 22:34 14.11.2024
İspaniyanın “Barselona” klubu Kataloniyadakı ukraynalı məcburi köçkünlər üçün 17 ton ərzaq toplayıb.
Corner.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, klub ötən ay ərzaq yığılması üçün Qırmızı Xaç Cəmiyyəti ilə birgə kampaniya başlatmışdı.
Kampaniyanın əsas məqsədi Ukraynadan sığınmaq üçün gələn ailələr ilə Kataloniyaya gələn körpələri və azyaşlıları qida ehtiyatını təmin etmək idi.
Beləliklə, “Kamp Nou” stadionunun yaxınlığındakı toplama məntəqələrində məcburi köçkünlər üçün 17 ton ərzaq yığılıb.