- Xəbər news
- 22:34 14.11.2024
Argentina millisinin sabiq futbolçusu Dieqo Maradonanın forması hərraca çıxarılıb.
Corner.az-ın "The Guardian" nəşrinə istinadən məlumatına görə, "Sotheby's" hərrac evi geyim dəstinə 5,2 milyon ABŞ dollar başlanğıc qiyməti qoyub.
Mərhum futbolçu həmin formanı 1986-cı ildə Meksikada keçirilmiş dünya çempionatında İngiltərə yığmasının qapısına əllə qol vurduğu 1/4 final matçında (2:1) geyinib. Sözügedən forma son 35 ildə İngiltərə millisinin keçmiş üzvü Stiv Hocda olub. O, formanı Argentina yığması ilə matçdan sonra Maradona ilə dəyişib.
Onlayn hərrac aprelin 20-də başlayacaq və mayın 4-dək davam edəcək.
Qeyd edək ki, Dieqo Maradona 2020-ci il noyabrın 25-də dünyasını dəyişib.