2 fevral 2026. Bazar ertəsi

Nəbiyev oynamadı, komandası evdə uduzdu


Nəbiyev oynamadı, komandası evdə uduzdu
Futbol üzrə Çexiya 2-ci divizionunda 20-ci turun oyunları keçirilib. Corner.az xəbər verir ki, azərbaycanlı futbolçu Fərid Nəbiyevin formasını geyindiyi “Viktoriya” (Jijkov) da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda “Vlasim”i qəbul edib. Jijkov təmsilçisi bu oyunda məğlubiyyətlə üzləşib - 1:2.
 
Fərid bu görüşün iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə daxil edilməyib.
 
“Viktoriya” 21 turdan sonra 11 xalla 16 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.






Xəbər news

 "Futbol məni ayaqda saxladı!" - VİDEO
  • Xəbər news
  • 13:02 26.12.2025
"Futbol məni ayaqda saxladı!" - VİDEO