2 fevral 2026. Bazar ertəsi

Azərbaycanlı futbolçunun komandası darmadağın oldu


Azərbaycanlı futbolçunun komandası darmadağın oldu
Futbol üzrə Latviya çempionatında 4-cü turun oyunları keçirilib. Corner.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Asim Əlizadənin formasını geyindiyi “Dauqavpils” də növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə “Liepaya”nın qonağı olub. Futbolçumuzun komandası bu oyunda darmadağına üzülüb - 1:5.
 
Asim də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 61-ci dəqiqədə əvəzlənib.
 
Dörd turdan sonra 4 xalı olan “Dauqavpils” 10 iştirakçı arasında 6-cı pillədə qərarlaşıb.






Xəbər news

 "Futbol məni ayaqda saxladı!" - VİDEO
  • Xəbər news
  • 13:02 26.12.2025
"Futbol məni ayaqda saxladı!" - VİDEO