Ukraynanın “Dinamo” (Kiyev) klubu ilə “Qalatasaray” (Türkiyə) arasında yoxlama görüşü keçiriləcək. Corner.az xəbər verir ki, bu barədə “Dinamo”nun baş məşqçisi Mirça Luçesku məlumat verib.
Rumıniyalı mütəxəssis oyunun aprelin 14-də, İstanbulda keçiriləcəyini söyləyib. Oyundan əldə olunacaq gəlir Rusiya ilə müharibədə valideynlərini itirən ukraynalı uşaqlara xərclənəcək.
Luçesku bu təklifi qəbul etdiyi üçün “Qalatasaray” rəhbərliyinə təşəkkür edib: “Dinamo” azarkeşləri bu jesti unutmayacaq”.