- Xəbər news
- 22:34 14.11.2024
UEFA İcraiyyə Komitəsi maliyyə feyr-pleyi qaydalarına dəyişikliyi təsdiqləyib.
Corner.az xəbər verir ki, yeniliyə əsasən, gələcəkdə klublar transferlərə, maaşlara və məsləhət haqlarına ümumi gəlirin maksimum 70 faizini xərcləyə biləcəklər.
Tez-tez tənqid olunan "maliyyə feyr-pleyi" ifadəsi isə bu ilin iyunundan "maliyyə davamlılığı" müddəası ilə əvəzlənəcək.
Dəyişikliklə bağlı açıqlama verən UEFA prezidenti Aleksander Çeferin yeni qaydaların futbolu qorumağa lazım olduğunu vurğulayıb: "Futbol sənayesi dəyişib. Yeni qaydalar bizə oyunu qorumağa kömək edəcək".