"Real”ın keçmiş qapıçısı İker Kasilyas Çempionlar Liqasının 1/4 final mərhələsinin “Real” – “Çelsi” oyunundan sonra maraqlı paylaşım edib. Corner.az xəbər verir ki, 40 yaşlı sabiq futbolçu “Twitter” səhifəsində Kərim Benzemanını tərifləyib:
“K9 hörümçək adamdır. K9 qapıçıdır. K9 ən yaxşı dostunuzdur. K9 nənənizdir. K9 ABŞ-ın prezidentidir. K9 sizinlə birlikdə paraşütlə tullanan təlimatçıdır. K9 sizin qoruyucu mələyinizdir. K9 Allahdır!”
Qeyd edək ki, “Real” “Çelsi”ni 3:1 hesabı ilə məğlub edib. Həmin görüşdə Benzema het-trikə imza atıb.