Futbol üzrə Latviya çempionatında 4-cü turun oyunları keçirilib. Corner.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Vüqar Əsgərovun formasını geyindiyi “Super Nova” da növbəti maçtına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Tukums 2000”i qəbul edib. Futbolçumuzun komandası bu oyunda minimal hesabla məğlub olub – 0:1.
Vüqar da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 86-cı dəqiqədə əvəzlənib. Millimizin sabiq forvardı bu görüşdə penaltini də boşa verib. Əsgərov 65-ci dəqiqədə qol şansından da yararlana bilməyib.
“Super Nova” 4 turdan sonra 1 xalla 10 iştirakçı arasında 9-cu pillədə qərarlaşıb