- Xəbər news
- 22:34 14.11.2024
Zaqreb "Dinamo"sunun baş məşqçisi Jelko Kopiç azərbaycanlı hücumçu Mahir Emreli haqda danışıb. Corner.az xəbər verir ki, 45 yaşlı mütəxəssis millimizin üzvünün lazım olan səviyyəyə gələcəyini bildirib:
"Mahir lazım olan səviyyəyə gələcək, amma bunun nə vaxt olacağını bilmirəm. Bu, bir neçə faktorla bağlıdır. Onun kluba, komanda yoldaşlarına, çempionata uyğunlaşması lazımdır. "Dinamo"ya gəlib, dərhal özünü göstərmək asan deyil. Mahirin keyfiyyətli oyunçu olduğuna və bunu meydanda göstərəcəyinə inanıram".