Futbol üzrə Portuqaliya çempionatında 29-cu turun oyunları keçirilib. Corner.az xəbər verir ki, azərbaycanlı hücumçu Renat Dadaşovun formasını geyindiyi “Tondela” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Sportinq”i qəbuledib. Futbolçumuzun komandası bu oyunda məğlubiyyətlə üzləşib- 1:3.
Renat bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.
Hazırda 25 xalı olan “Tondela” 18 komanda arasında 16-cı pillədə qərarlaşıb.