23 mart 2026. Bazar ertəsi

Emreli Xorvatiyada ilk qolunu vurdu


Emreli Xorvatiyada ilk qolunu vurdu
Futbol üzrə Xorvatiya çempionatında 30-cu turun oyunları keçirilib. Corner.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi Zaqreb “Dinamo”su da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə “Riyeka”nın qonağı olub. Futbolçumuzun komandası oyunda 2:1 hesablı qələbə qazanıb.
 
Mahir də bu görüşün iştirakçısı olub. O, 57-ci dəqiqədə meydana buraxılıb. 6-cı dəqiqədən məğlub durumda olan “Dinamo”nun bərabərlik qolunu da məhz Emreli vurub. 79-cu dəqiqədə rəqib qapısına yol tapan azərbaycanlı futbolçu Xorvatiya klubunda qol hesabı açınıb. O, 88-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb. Bundan iki dəqiqə öncə isə komandası qələbə qolunu da vurmağa imkan tapıb.
 
Bu nəticədən sonra xalını 63-ə çatdıran “Dinamo” vahid liderdir.






Xəbər news