- Xəbər news
- 21:58 14.03.2026
"Mahir Emreliyə vaxt lazımdır, lakin səviyyəsini göstərməkdədir".
Corner.az-ın məlumatına görə, bunu Zaqreb "Dinamo"sunun baş məşqçisi Jelko Kopiç Xorvatiya çempionatının XXX turunda səfərdə "Riyeka"ya 2:1 hesabı ilə qalib gəldikləri matçdan sonra deyib. 45 yaşlı mütəxəssis bərabərlik qolunu vuran azərbaycanlı hücumçu və qələbə qolunu vuran şimali makedoniyalı Ariyan Ademi oyundan-oyuna formaya düşdüyünü bildirib.
Qeyd edək ki, "Dinamo" bu qələbə sayəsində xalını 63-ə çatdırıb və ehtiyatda bir oyunu olduğu halda, 1-ci pillədə qərarlaşıb.