25 oktyabr 2024. Cümə

Əsgərov üçün 81 dəqiqə və 1 xal


Əsgərov üçün 81 dəqiqə və 1 xal
Futbol üzrə Latviya çempionatında 5-ci turun oyunları keçirilib. Corner.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Vüqar Əsgərovun formasını geyindiyi “Super Nova” da növbəti maçtına çıxıb.
 
Sözügedən kollektiv səfərdə “Spartaks”ın qonağı olub. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 0:0.
 
Vüqar da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 81-ci dəqiqədə əvəzlənib.
 
“Super Nova” 5 turdan sonra 2 xalla 10 iştirakçı arasında 9-cu pillədə qərarlaşıb.






Xəbər news