27 noyabr 2024. Çərşənbə

Messiyə bir şüşə yaxşı şərab borcluyam


Messiyə bir şüşə yaxşı şərab borcluyam

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola PSJ-nin futbolçu Lionel Messi ilə çalışdığı günləri xatırlayıb. Corner.az xəbər verir ki, ispan mütəxəssis 34 yaşlı hücumçuya bir şüşə şərab borclu olduğunu deyib.

“Messi mənim karyeramda hər şey deməkdir. O, məni həmyaşıdlarımdan daha rəqabətli etdi.Messi bilir ki, “Barselona”da olarkən ona kömək edən mükəmməl oyunçu qrupu var idi. Təbii ki, bütün bunları birlikdə çalışdığımız dövr üçün deyirəm. O vaxt hamımız üçün ideal bir dönəm idi. Messi Andres İnyesta, Xavi, Puyol kimi təcrübəlilərin yanında oynayırdı. Belə oyunçular arasındakı birgəlik həyatda bir dəfə baş verir. Biz çoxlu uğurlar əldə etdik. Bunları onsuz da əldə edə bilərdik? -  Mümkün deyil!” – deyə, Qvardiola bildirib.  

İspaniyalı mütəxəssis vurğulayıb ki, zaman keçdikcə Messini Maykl Cordanla müqayisə etməyə başlayıb: “Amma özümü heç kimlə müqayisə etmək fikrində deyiləm. Mən həmişə demişəm ki, o, “Barselona”da hamını yaxşılaşdırıb. Mən ona bir şüşə şərab verməliyəm, çünki onun sayəsində yaxşı müqavilələr bağlaya bildim və hələ də təşəkkür olaraq ona bir şüşə yaxşı şərab borcluyam”.







Xəbər news

 Fatih Terim Bakıya gəlir
  • Xəbər news
  • 22:34 14.11.2024
Fatih Terim Bakıya gəlir