“Çelsi”nin keçmiş hücumçusu Didye Droqba Fil Dişi Sahili Futbol Federasiyasının (FİF) prezidenti postuna namizədliyini irəli sürəcək. Corner.az xarici mətbuata istinadən xəbər verir ki, 44 yaşlı keçmiş hücumçu aprelin 23-də keçiriləcək seçkilərdə iştirak edəcək altı namizəddən biridir.
Droqba Fil Dişi Sahili millisi ilə 100-dən çox oyuna çıxıb. O, karyerası ərzində “Marsel”, “Çelsi”, "Şanxay", "Monreal İmpakt" və “Qalatasaray” kimi klubların formasını geyinib.