25 oktyabr 2024. Cümə

Bekhemdən oğluna 500 min dollarlıq hədiyyə


Bekhemdən oğluna 500 min dollarlıq hədiyyə
ABŞ-ın MLS-də mübarizə aparan “İnter Mayami”nin sahibi Devid Bekhem oğlu Bruklin Bekhemə bahalı toy hədiyyəsi edib. Corner.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 46 yaşlı funksioner, oğluna 500 min dollarlıq “1954 Jaguar XK140” avtomobilini hədiyyə olaraq alıb.
 
Bruklin aprelin 9-da milyarder Nelson Peltsin qızı Nikola Peltslə ailə həyatı qurub.






Xəbər news