Leboeuf: Mourinho'nun vaxtı keçib
Chelsea'nin sabiq futbolçusu Frank Leboeuf son olaraq, “Manchster United”i çalışdıran Jose Mourinhonun məşqçilik karyerası haqqında maraqlı açıqlama verib.Corner.az “ESPN” nəşrinə istinadən xəbər verir ki, 1996-2001-ci illərdə London klubunun formasını geyinən veteran futbolçu portuqaliyalı mütəxəssisin məşqçi kimi vaxtının keçdiyini bildirib: “Mourinho'nun “Manchster United”dəki rolu futbolçuların ondan nifrət etməsilə başa çatdı. “İnter”də Marco Materazzinin onun üçün necə ağladığını yaxşı xatırlayıram. Ancaq Manchesterdə işləri yaxşı getmədi. Artıq onun vaxtı bitib. Məncə, bundan sonra həyatı barədə düşünməyə başlamalıdır”..