2 fevral 2026. Bazar ertəsi

Rövnəq Abdullayev Qurban Qurbanovu təbrik edib


Rövnəq Abdullayev Qurban Qurbanovu təbrik edib

AFFA-nın prezidenti Rövnəq Abdullayev "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovu 50 yaşının tamam olması münasibəti ilə təbrik edib.

Corner.az-ın məlumatına görə, assosiasiya rəhbəri qurumun inzibatı binasında təcrübəli mütəxəssislə görüşüb.

AFFA prezidenti onu əlamətdar yubileyi münasibəti ilə təbrik edib, cansağlığı, fəaliyyətində uğurlar və yeni-yeni qələbələr arzulayıb. Qurban Qurbanov göstərilən diqqətə görə minnətdarlığını bildirib.

AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov və baş katib Sərxan Hacıyevin iştirak etdiyi görüşdən sonra xatirə şəkli çəkdirilib.







Xəbər news

 "Futbol məni ayaqda saxladı!" - VİDEO
  • Xəbər news
  • 13:02 26.12.2025
"Futbol məni ayaqda saxladı!" - VİDEO