25 oktyabr 2024. Cümə

MLS-dən Rusiya və Belarusa qadağa


MLS-dən Rusiya və Belarusa qadağa
Şimali Amerika futbol liqasının (MLS) klubları Rusiya və Belarusdan olan futbolçular və mütəxəssislərlə işləməkdən, həmçinin danışıqlardan imtina ediblər. Corner.az Rusiya mətbuatına istinadən xəbər verir ki, MLS klubları öz aralarında bu məsələ ilə bağlı qeyri-rəsmi qaydada razılığa gəliblər.
 
Bundan əvvəl Rusiyanın “Lokomotiv” klubunun keçmiş baş məşqçisi Yuri Syomin və rusiyalı qapıçı Nikita Xaykinə MLS-dən təklif gəldiyi iddia edilmişdi. Amma hazırda Norveçin “Bodo Qlimt” klubunda çıxış edən 26 yaşlı futbolçunun artıq MLS-ə transferi mümkün deyil.

Fevralın 24-də Rusiya qoşunları Ukraynaya hücuma keçib və bu hücum dünyada kəskin etirazlarla qarşılanıb. Bu hücumdan sonra Rusiyaya və onun müttəfiqi olan Belarusa qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Sözügedən ölkələrin müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.







Xəbər news