25 oktyabr 2024. Cümə

Nəbiyevli Viktoriya səfərdə məğlub oldu


Nəbiyevli Viktoriya səfərdə məğlub oldu
Futbol üzrə Çexiya 2-ci divizionunda 23-cü turun oyunları keçirilib. Corner.az xəbər verir ki, azərbaycanlı futbolçu Fərid Nəbiyevin formasını geyindiyi “Viktoriya” (Jijkov) da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə “Dukla”nın qonağı olub. Jijkov təmsilçisi bu oyunda məğlubiyyətlə üzləşib - 1:3.
 
Fərid də bu görüşün iştirakçısı olub. O, 76-cı dəqiqəsində meydana buraxılıb.
 
“Viktoriya” 23 turdan sonra 11 xalla 16 kollektiv arasında sonuncu pillədə qərarlaşıb






Xəbər news