25 oktyabr 2024. Cümə

Türkiyə mətbuatı Qarabağ'ın futbolçusundan yazdı


Türkiyə mətbuatı Qarabağ'ın futbolçusundan yazdı
Türkiyənin “trtspor.com.tr” saytında “Qarabağ”ın futbolçusu Ramil Şeydayev haqqında yazıya yer verilib. Corner.az xəbər verir ki, saytın “İndi haradadır?” rubrikasında bu dəfə azərbaycanlı hücumçu yer alıb. 2016-2018-ci illərdə “Trabzonspor”da çıxış edən, Qaradəniz təmsilçisində cəmi 3 oyunda meydanda olan 26 yaşlı hücumçu ilə bağlı bunlar yazılıb:
 
“Sankt-Peterburq doğumlu olan Şeydayev peşəkar karyerasına Rusiyada başlayıb. “Zenit”in ikinci komandasında və “Rubin”də oynayan azərbaycanlı hücumçu 2016-cı ildə hələ 20 yaşında ikən “Trabzonspor”la müqavilə imzaladı. Burada gözlədiyi şansı tapa bilməyən oyunçu Türkiyə karyerasında cəmi 3 rəsmi oyuna çıxdı. Qarşıdakı illərdə “Jilina” və “Qarabağ”da icarə əsasında oynamış forvard, 2018-ci ildə “Krılya Sovetov”la müqavilə imzalayaraq Rusiyaya qayıtdı.
 
Rusiyada bir mövsüm də “Dinamo” (Moskva) klubunda oynayan Şeydayev 2020-ci ildə “Sabah”a keçərək yenidən Azərbaycan Premyer Liqasında oynamağa başladı. 26 yaşlı hücumçu hazırda ötən yay müqavilə imzaladığı “Qarabağ”da ikinci dönəmini yaşayır”.






Xəbər news