25 oktyabr 2024. Cümə

Emin Mahmudov Emerinin Rusiyadakı uğursuzluğunun səbəbini açıqlayıb


Emin Mahmudov Emerinin Rusiyadakı uğursuzluğunun səbəbini açıqlayıb

Azərbaycan millisinin və "Neftçi"nin futbolçusu Emin Mahmudov Unay Emerinin Rusiyanın "Spartak" (Moskva) komandasındakı uğursuzluğunun səbəbini açıqlayıb.

Corner.az-ın məlumatına görə, 29 yaşlı yarımmüdafiəçi sport24.ru-ya açıqlamasında bunu ispaniyalı mütəxəssisin Avropa formatlı olması ilə əlaqələndirib.

Mahmudov  Emeri Rusiya Premyer Liqasına uyğun gəlməyən superhücum futbolu tətbiq etmək istədiyini bildirib: "Demək olar ki, hamımız müdafiədə və əks-hücumlarda oynayırdıq. İkincisi, o, komandanı yenidən quracaqdı və nə vaxtsa, daha sərt olmalı idi. Bütün avropalılar, ilk növbədə, oyunçunun peşəkarlığına güvənir. Bizim postsovet məkanında isə bu, işləməyəcək. Çünki daim nəzarət etmək, oyunçunun arxayınlaşmasına imkan verməmək lazımdır. Emeri demək olar ki, gecikməyə və artıq çəkiyə görə bütün cərimələri bağışlayırdı. Amma futbolçunun cibinə zərbə vuran cəzalar ən yaddaqalan olur".

Qeyd edək ki, Emin Mahmudov 2011 - 2014-cü illərdə "Spartak"ın formasını geyinib. Unay Emeri isə 2012-ci ilin iyulundan həmin ilin noyabrınadək Moskva klubuna rəhbərlik edib. Hazırda ölkəsinin "Vilyarreal" klubunun sükanı arxcasında olan Emeri komandasını UEFA Çempionlar Liqasında yarımfinala çıxarıb.







Xəbər news