23 mart 2026. Bazar ertəsi

Mahir Emreli'dən Xorvatiyada 2-ci qol


Mahir Emreli'dən Xorvatiyada 2-ci qol
Futbol üzrə Xorvatiya çempionatında 31-ci turun oyunları keçirilib. Corner.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi Zaqreb “Dinamo”su da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda “İstra” ilə qarşılaşıb. Futbolçumuzun komandası oyunda 3:0 hesabı ilə qələbə qazanıb.
 
Mahir də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 72-ci dəqiqədə əvəzlənib.
 
“Dinamo”nun üçüncü qolunu da məhz millimizin üzvü vurub. O, 50-ci dəqiqədə rəqib qapısına yol tapmaqla matçda yekun nəticəni müəyyənləşdirib.
 
Bu, azərbaycanlı futbolçunun Xorvatiya klubunda ikinci qoludur.
 
Bu nəticədən sonra xalını 66-ya çatdıran “Dinamo” vahid liderdir.






Xəbər news