23 mart 2026. Bazar ertəsi

Əlizadənin komandasından inamlı qələbə


Əlizadənin komandasından inamlı qələbə
Latviya çempionatında 6-cı turun oyunları keçirilib. Corner.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Asim Əlizadənin formasını geyindiyi “Dauqavpils” də növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda “Spartaks”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 2:0.
 
Asim də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 81-ci dəqiqədə əvəzlənib. Azərbaycanlı futbolçu 35-ci dəqiqədə sarı vərəqə ilə də cəzalandırılıb.
 
Altı turdan sonra 8 xalı olan “Dauqavpils” 10 iştirakçı arasında 6-cı pillədə qərarlaşıb.






Xəbər news