Futbol üzrə Latviya çempionatında 6-cı turun oyunları keçirilib. Corner.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Vüqar Əsgərovun formasını geyindiyi “Super Nova” da növbəti maçtına çıxıb.
Sözügedən kollektiv səfərdə RFS-in qonağı olub. Futbolçumuzun komandası bu oyunda məğlubiyyətlə üzləşib – 0:2.
Vüqar da bu görüşün iştirakçısı olub. O, 46-cı dəqiqədə meydana buraxılıb.
“Super Nova” 6 turdan sonra 2 xalla 10 iştirakçı arasında 9-cu pillədə qərarlaşıb.