Futbol üzrə Qazaxıstan çempionatında 6-cı turun oyunları keçirilib. Corner.az xəbər verir ki, millimizin qapıçısı qapıçısı Emil Balayevin çıxış etdiyi Turan” da növbəti maçtına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Ordabası” ilə üz-üzə gəlib. Bu görüşdə qapılara qol vurulmayıb – 0:0.
Emil bu görüşün iştirakçısı olmayıb. Qazaxıstana gedəndən bəri zədəsini bərpa edə bilməyən 28 yaşlı oyunçunun adı iştirak ərizəsinə də daxil edilməyib.
“Turan” 6 turdan sonra 3 xalla 14 iştirakçı arasında 13-cü pillədə qərarlaşıb.