1 fevral 2026. Bazar günü

Ekvador millisinin baş məşqçisi təcavüz iddialarına görə postundan qovuldu


Ekvador millisinin baş məşqçisi təcavüz iddialarına görə postundan qovuldu

Qadınlardan ibarət Ekvador milli komandasının baş məşqçisi Luici Peskarolo postundan göndərilib.

Corner.az "La Republica"ya istinadən xəbər verir ki, mütəxəssis və onun iki köməkçisi seksual təcavüz ittihamlarından sonra işindən uzaqlaşdırılıb. Peskarolo özünə qarşı bütün ittihamları rədd edib və məhkəməyə müraciət edəcəyini söyləyib. 

Mənbə bildirir ki, baş məşqçidən Piçinça əyalətinin prokurorluğuna adı açıqlanmayan oyunçu şikayət edib. Futbolçunun iddiasına görə, Peskarolo ona çılpaq şəkillərini göndərməsini və məşq zamanı öz otağına aparmasını xahiş edib. 







Xəbər news

 "Futbol məni ayaqda saxladı!" - VİDEO
  • Xəbər news
  • 13:02 26.12.2025
"Futbol məni ayaqda saxladı!" - VİDEO