- Xəbər news
- 22:34 14.11.2024
"Görünür, Emreli komandaya tez uyğunlaşdı".
Corner.az-ın məlumatına görə, bunu Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunun sabiq baş məşqçisi Branko İvankoviç Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin Zaqreb təmsilçisindəki çıxışı barədə danışarkən deyib.
67 yaşlı mütəxəssis 24 yaşlı hücumçu vurduğu qollarla komandanın qələbələrinə öz töhfəsini verdiyini bildirib: "Arsen Vengerin dedikləri yaxşı yadımdadır: hər oyunçuya - hətta o, ən yaxşı olsa belə - minimum 8-9 ay vaxt lazımdır. Emreli azarkeşlərin titul gözlədiyi kluba gəlib. O, "Riyeka" və "İstra" ilə matçlarda sonradan meydana daxil olaraq fərqlənib. İlk qolu daha önəmli idi. Çünki bundan sonra "Dinamo" geridönüş etdi".
Qeyd edək ki, Mahir Emreli qış fasiləsində "Dinamo" ilə 4,5 illik müqavilə bağlayıb.