Futbol üzrə Çexiya 2-ci divizionunda 24-cü turun oyunları keçirilib. Corner.az xəbər verir ki, azərbaycanlı futbolçu Fərid Nəbiyevin formasını geyindiyi “Viktoriya” (Jijkov) da növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Trineç”i qəbul edib. Nəbiyevin komandası bu oyundan heç-heçə ilə ayrılıb - 2:2.
Fərid də bu görüşün iştirakçısı olub. O, 57-ci dəqiqəsində meydana buraxılıb.
“Viktoriya” 24 turdan sonra 12 xalla 16 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.