Futbol üzrə Belçika Kubokunun qalibi müəyyənləşib. Corner.az xəbər verir ki, finalda “Anderlext”i məğlub edən “Gent” 12 ildən sonra titulun sahib olub.
Brüsseldə baş tutan həlledici qarşılaşmanın əsas və əlavə vaxtında qol vurulmayıb. Penaltilər seriyasında daha dəqiq oynayan (4:3) Gent şəhərinin eyniadlı təmsilçisi kuboku qazanıb.
Qeyd edək ki, “Gent” bundan əvvəl 3 dəfə ölkə kubokunda qalib gəlib. 1963/64 və 1983/84 mövsümlərində qalib olan bu komanda sonuncu dəfə 2009/10 mövsümündə titulu əldə edib.