27 noyabr 2024. Çərşənbə

Həyat yoldaşım məni Sona qısqanır


Həyat yoldaşım məni Sona qısqanır
“Tottenhem”in futbolçusu Harri Keyn komanda yoldaşı Son Hın Minlə sıx münasibətlərinə yumoristik şəkildə fikir bildirib. Corner.az xəbər verir ki, Fransa mətbuatına danışan 28 yaşlı futbolçu, həyat yoldaşından daha çox Son ilə vaxt keçirdiyini vurğulayıb:
 
“Həyat yoldaşım mənim Son Hın Minlə çox vaxt keçirməyimə qısqanır. Hazırda heç nə demir, lakin gələcəkdə nə isə problem yaratsa, buna təəccüblənmərəm. Düzünü deyim ki, arvadımdan daha çox  Sonla vaxt keçirirəm. Bunun stadionda da şahidi ola bilərsiz”.
 
Harri Keyn bu mövsüm “Tottenhem”in heyətində 12 qol və 8 məhsuldar ötürmə, Son Hın Min isə 17 qol, 6 məhsuldar ötürmə ilə yadda qalıb.   






Xəbər news

 Fatih Terim Bakıya gəlir
  • Xəbər news
  • 22:34 14.11.2024
Fatih Terim Bakıya gəlir