25 oktyabr 2024. Cümə

Fənərbaxça xeyriyyə oyununda Ukrayna klubuna qalib gəldi


Fənərbaxça xeyriyyə oyununda Ukrayna klubuna qalib gəldi
Türkiyənin “Fənərbaxça” və Ukraynanın “Şaxtyor” (Donetsk) komandaları arasında xeyriyyə oyunu keçirilib. Corner.az xəbər verir ki, “Fənərbaxça”nın ev oyunlarını keçirdiyi arenada baş tutan qarşılaşma İstanbul təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçdakı yeganə qolu 26-cı dəqiqədə Enner Valensiya vurub.
 
Təxminən 12 min biletin satıldığı oyunun start fitindən öncə Ukraynadakı müharibə səbəbindən dünyasını dəyişən insanların xatirəsi 1 dəqiqəlik sükutla yad olunub. Bilet satışından əldə edilən bütün gəlir müharibədən əziyyət çəkən insanlara sərf olunacaq.
 
Bu oyun “Fənərbaxça”nın gənc futbolçusu İsak Vural üçün əlamətdar olub. O, bu matçın 75-ci dəqiqəsində meydana çıxmaqla İstanbul təmsilçisinin əsas komandasında oyun keçirən ən gənc futbolçuya (15 yaş, 10 ay, 23 gün) çevrilib






Xəbər news