2 fevral 2026. Bazar ertəsi

Azərbaycanlı futbolçuların komandalarından heç-heçə - Latviyada


Azərbaycanlı futbolçuların komandalarından heç-heçə - Latviyada
Futbol üzrə Latviya çempionatında 7-ci turun oyunları keçirilib. Corner.az xəbər verir ki, azərbaycanlı futbolçu Asim Əlizadənin formasını geyindiyi “Dauqavpils” səfərdə milli komandamızın sabiq hücumçusu Vüqar Əsgərovun komandasının – “Super Nova”nın qonağı olub.
 
Bu qarşılaşmada qapılara qol vurulmayıb. Tərəflər meydanı hərəyə 1 xalla tərk ediblər.
 
Azərbaycanlı futbolçuların heç biri bu görüşün iştirakçısı olmayıb. Vüqarın adı ümumiyyətlə matçın iştirak ərizəsinə daxil edilməyibsə, Asim sonadək ehtiyatda qalıb.
 
7 turdan sonra 9 xalı olan “Dauqavpils” 10 iştirakçı arasında 6-cı, 3 xala malik “Super Nova” isə 9-cu pillədə qərarlaşıb.






Xəbər news

 "Futbol məni ayaqda saxladı!" - VİDEO
  • Xəbər news
  • 13:02 26.12.2025
"Futbol məni ayaqda saxladı!" - VİDEO