25 oktyabr 2024. Cümə

Mahir Emreli Dinamo azarkeşləri ilə görüşəcək


Mahir Emreli Dinamo azarkeşləri ilə görüşəcək

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunun azarkeşləri ilə görüşəcək.

Corner.az-ın klubun rəsmi saytına istinadən xəbər verir ki, bu, aprelin 26-da - "Dinamo"nun yaranmasının 111-ci ildönümündə baş tutacaq.

Ölkə çempionu bu məqsədlə Zaqrebin mərkəzində şənlik təşkil edəcək. Fanatlar orada həm oyunçularla ünsiyyətdə olacaq, həm də əyləncəli proqramları izləyəcək.

Qeyd edək ki, "Dinamo" bu gün I Liqanın 9-cu turundan təxirə salınmış matçda "Hayduk"un qonağı olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.







Xəbər news