25 oktyabr 2024. Cümə

Autizmli uşaqlar arasında növbəti idman yarışı keçirilib


Autizmli uşaqlar arasında növbəti idman yarışı keçirilib

II Autizm Festivalı çərçivəsində idman yarışları davam edir. Corner.az xəbər verir ki, Azərbaycan Autizm Assosiasiyası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə təşkil olunacaq II Autizm Festivalı çərçivəsində daha bir yarış keçirib. Bu dəfə autizmli uşaqlar Veloparkda velosiped idmanı üzrə bacarıqlarını nümayiş etdiriblər. 3 yaş qrupu üzrə təşkil olunan sınağa 50-ə yaxın iştirakçı qatılıb. Mübarizənin sonunda: 6-9 yaş qrupunda Əsgərov Məhəmməd 1-ci yer Şirinov Amin 2-ci yer Əlizadə Amin isə 3-cü yer. 9-13 yaş qrupunda Məmmədli Polad 1-ci yer Şirinov Murad 2-ci yer Şirinov Elmir 3-cü yer. 13 yaş üzəri Bayramov Rza 1-ci yer Rəhimov Hüseynəli 2-ci yer Bədəlov Nihat 3-cü yer. Xatırladaq ki, bundan əvvəl autizmli uşaqlar bocce və stolüstü tennis idmanı üzrə mübarizə aparıblar. Növbəti günlərdə isə atletika və futbol yarışları keçiriləcək. Nəhayət, aprelin 28-i Bakıda Gənclər və İdman Nazirliyinin dəstəyi ilə II Autizm Festivalı təşkil olunacaq. Festival çərçivəsində keçirilın tədbirlərin məqsədi autizm barədə cəmiyyəti məlumatlandırmaq, autizmin xəstəlik yox, fərqlilik olduğu mesajını insanlara ötürməkdir. Autizmin fərqindəyik, onların yanındayıq.








Xəbər news