23 mart 2026. Bazar ertəsi

Mahirli Dinamo derbidə məğlub oldu


Mahirli Dinamo derbidə məğlub oldu

Xorvatiya çempionatında 9-cu turdan təxirə salınmış bir oyun keçirilib.

Corner.az-ın məlumatına görə, azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi "Dinamo" (Zaqreb) klubu səfərdə "Hayduk"un qonağı olub.

Emreli'nin komandası bu oyunda minimal hesablı məğlubiyyətlə üzləşib. Yeganə qolu 63-cü dəqiqədə Nikola Kaliniç vurub.Derbi matçına start heyətində çıxan Mahir Emreli sonadək meydanda qalıb.

Bu nəticədən sonra 66 xalı olan "Dinamo" zirvədəki yerini qoruyub. Xallarını 62-yə çatıdran "Hayduk" isə 3-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, Mahir Emreli "Dinamo"nun heyətində 2 qol vurub.







Xəbər news