23 mart 2026. Bazar ertəsi

Dadaşovlu Tondela tarixində ilk dəfə finalda


Dadaşovlu Tondela tarixində ilk dəfə finalda

Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun çıxış etdiyi "Tondela" klubu Portuqaliya Kubokunda finala yüksəlib.

Corner.az-ın məlumatına görə, komanda yarımfinalın cavab oyununda "Mafra" ilə qarşılaşıb.

Görüş 1:1 hesabı ilə yekunlaşıb. Start heyətdə obaşlayan Dadaşov 55-ci dəqiqə Marcelo Alves Santosla əvəzlənib.

İlk oyunda rəqibinə 3:1 hesabı ilə qalib gələn "Tondela" tarixində ilk dəfə ölkə kubokunun finalına çıxıb. Komanda həlledici görüşdə "Portu" - "Sportinq" cütünün qalibi ilə üz-üzə gələcək. Lissabondakı ilk oyunda "Portu" qələbə qazanıb - 2:1

Qeyd edək ki, Renat Dadaşov müqavilə ilə İngiltərənin "Vulverhempton" klubuna məxsusdur.







Xəbər news