- Xəbər news
- 22:34 14.11.2024
"Elxan müəllimin təyin olunduğu vəzifə kifayət qədər yüksəkdir. Hesab edirəm ki, futbolumuzun inkişafına da müsbət təsir göstərəcək".
Corner.az-ın məlumatına görə, bunu AFFA-nın baş katibi Sərxan Hacıyev jurnalistlərə açıqlamasında deyib.
Funksioner, baş katib kimi qarşısına müəyyən məqsədlər qoyulduğunu bildirib: "İlk növbədə hazırkı kursu davam etdirməliyik. Buraya tək futbol yox, futzal, çimərlik və qadın futbolu da daxildir. Bilirsiniz ki, qadın futboluna böyük diqqət yetiririk. Düzdür, hərdən böyükhesablı məğlubiyyətlər olur. Daha əvvəl Elxan müəllim xahiş etmişdi ki, Bu".
Onun sözlərinə görə, hazırda gündəlikdə bəzi məsələlər var : "VAR sistemini fevral ayında tətbiq etmək istəyirdik, alınmadı. Amma işi sona çatdırmaq lazımdır. Ötən həftə sınaqdan keçirildi. Bu həftə də olmalı idi. VAR-ın tətbiqi hər ölkədə eyni deyil, bir-birindən fərqlənir. Bunun əsas qaydası odur ki, VAR-ın tətbiqi üçün 28 oyun keçirilməlidir və sonuncu matçda heç bir problem olmamalıdır. Həmçinin 2 klubun Premyer Liqaya buraxılması məsələsi müzakirə olunur. Hər hansı fors-major hal olmasa, proses gerçəkləşəcək".
Hacıyev geridə qalan müddət ərzində beynəlxalq tədbirlərin keçirilməsində də Elxan Məmmədovun məqsədi futbolu inkişaf etdirmək olduğunu söyləyib: "Həm təşkilatçılıq, həm də milli komandalar səviyyəsində ciddi işlər görülüb. Düzdür, hələ ki, A milli səviyyəsində ciddi uğurumuz yoxdur. Görülən işləri davam etdirəcəyik. Hər iki amil ölkəmiz üçün vacibdir. Birini digərindən fərqləndirməyəcəyəm və hər ikisinə böyük diqqət ayıracağam".
Baş katib E.Məmmədovun əsas işinin Fransa və FIFA ilə bağlı olacağını söyləyib: "Fransaya yola düşməli və mayın 1-dən fəaliyyətə başlamalıdır. Həmin departament əvvəl FIFA-nın baş ofisində fəaliyyət göstəririrdi. Elxan Məmmədov ancaq FIFA-nın işçisi olacaq və AFFA-da ictimai əsaslarla fəaliyyətini davam etdirəcək. Digər məsələlər isə tam olaraq, baş katibin səlahiyyətinə keçəcək".
Hacıyev AFFA-nın icraçı vitse-prezidentinin təyinatını son bir neçə gün ərzində öyrəndiyini vurğulayıb: "Məndə də məlumat yox idi. Amma düşünürəm ki, bu, mənim baş katibi təyin olunmağımla bağlı məsələ deyil".
AFFA rəsmisi bölgə futbolu ilə bağlı müəyyən layihələrin olduğunu əlavə edib: "Sadəcə, indi açıqlaya bilmirəm. "Şamaxı"nın "Neftçi"yə qarşı oyununda azarkeş dəstəyini hiss etdim. Ab-hava çox gözəl idi. Bu amil sübut etdi ki, bölgələrdə futbolu inkişaf etdirmək lazımdır. Regionlarda azarkeş amili böyük rol oynayır. Bu gün üçün əsas hədəf 2 klubun Premyer Liqaya gəlməsidir. Ümumi vəziyyət onu göstərir ki, bunlar "Kəpəz" və "Turan Tovuz" klublarıdır. Lisenziyalaşdırma Komissiyasının iclasından sonra bu komandalar Premyer Liqaya hazır olsalar, böyük ehtimalla elitada iştirak edəcəklər".
AFFA-ya gəlişinədək hakimlik və şahmatla məşğul olduğunu deyən Hacıyev ilk işinin milli assosiasiyada olduğunu deyib: "Əliyar Ağayev və Orxan Məmmədovla eyni vaxtda hakimlik etmişəm. Özümü laysman kimi daha rahat hiss edirdim. Hakim üçün ən önəmli amil qətiyyət və kənardan gələn səslərə fikir verməməkdir. İlk dəqiqədə bu səhvləri etdinsə, davamı gələcək. Bu gün VAR söhbəti gündəmdədir. Məncə, lazımlı addımdır. Doğrudan da 2018-ci il dünya çempionatına baxsaq, görərik ki, VAR sistemi bəlkə də çempionluğun taleyini dəyişdi. VAR-ın qərarından sonra Almaniya qrupda qaldı".
Hacıyev uşaq futboluna da toxunub: "Əsas odur ki, liqaların davamiyyəti təmin olunsun. Hazırda bu proses gedir. Bu, bir az texniki sahəyə olan sualdır. Həmçinin idman kriteriyasında belə bir məsələ var ki, yüksək liqada oynamaq istəyən klubların aşağı yaş qrupları üzrə komandaları olmalıdır. Düşünürəm ki, bu məsələdə daha ciddi olmalıyıq. Müəyyən qədər yumşalma olsa, bəzi klublar uşaq komandalarından da imtina edə bilər".
O, qadın futbolu ilə bağlı UEFA-dan məktub aldıqlarını bildirib: "Qurum öz yarışlarında iştirak üçün bunu tətbiq etməyə başlayıb. Ya 2023/2024, ya da 2024/2025 mövsümündən bu həyata keçiriləcək. Premyer Liqada iştirak edən komandalarda bu məsələnin tətbiqi gündəmdədir".